AZ

“Nestle” 16 min iş yerini ixtisar edəcək


İsveçrənin aparıcı “Nestle” şirkəti xərcləri azaltmaq üçün qarşıdakı iki il ərzində 16 min iş yerini (şirkətin əməkdaşlarının ümumi sayının 5,7 faizini) ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin baş direktoru Filip Navratil mətbuata bəyanatında bildirib.
2027-ci ilə qədər şirkət müxtəlif regionlar üzrə 12 min müştəri xidməti mütəxəssisini işdən çıxaracaq ki, bu da Navratilin sözlərinə görə, hər il təxminən 1 milyard frank (1,2 milyard dollar) qənaət etməyə imkan verəcək.
İstehsal və təchizat zəncirinin səmərəliliyini artırmaq üçün əlavə 4000 nəfər də işdən çıxarılacaq.
Seçilən
93
yeniavaz.com

1Mənbələr