AZ

Füzulidə 2 maşın toqquşdu - 4 yaralı var

Füzulidə "Mercedes"lə "Daewoo" minik maşınları toqquşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Beyləqan rayon sakinləri olan yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma başlanıb.

Bizim.Media

Seçilən
87
15
bizim.media

10Mənbələr