AZ

USACC ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirəcək

Bakı. Trend:

Amerika-Azərbaycan Ticarət Palatası (United States-AzerbaijanChamber of Commerce, USACC) Palatanın 30 illiyinə həsr olunmuşABŞ-Azərbaycan Ticarət və Biznes Konfransını keçirəcək.

Bu barədə TrendUSACC-a istinadən xəbər verir.

Dekabrın 9-da keçirilməsi planlaşdırılan konfransda ABŞ vəAzərbaycanın dövlət rəsmiləri, biznes liderləri, investorlar vəmaliyyə sektorunun nümayəndələri iştirak edəcək və iqtisadiəməkdaşlığın növbəti mərhələsi müzakirə olunacaq.

30 illiyini qeyd edən USACC bu tədbiri əldə olunan nailiyyətləriümumiləşdirmək, mövcud tendensiyaları qiymətləndirmək və ikitərəfliticarət, investisiya və innovasiyaların gücləndirilməsinə yönəlmişgələcəyə baxış gündəliyini formalaşdırmaq üçün vaxtında yaranmışbir imkan kimi dəyərləndirir.

1995-ci ildə yaradıldığı vaxtdan USACC iki ölkə arasındakommersiya, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün aparıcıplatforma rolunu oynayır.

Otuz illik fəaliyyəti ərzində USACC dövlət və özəl sektorlararasında dialoqun təşviqində, ticarətin stimullaşdırılmasında,biznesin şaxələndirilməsində və ABŞ ilə Azərbaycan arasındaiqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.

Məqalədə:
Seçilən
55
1
az.trend.az

2Mənbələr