AZ

Taksi sifarişində 2 manat əlavə pul tutulmasının SƏBƏBİ BİLİNDİ

Metronun "Koroğlu" stansiyasının yaxınlığından Mehdiabada gedərkən "Bolt" taksi xidməti vasitəsilə sifariş edildikdə, sərnişinlərdən 2 manat əlavə ödəniş tələb olunur. Bir ildən çoxdur ki, müştərilər əvvəlcə ucuz qiymətlə qarşılaşır, lakin gediş bitdikdən sonra əlavə 2 manat ödənilməli olurdu. İndi isə sifarişi təsdiqlədikdə, bu əlavə ödəniş açıq şəkildə göstərilir.

Day.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya Bakı sakini İlyas Heydərov müraciət edib.

Onun sözlərinə görə, əlavə 2 manat ödəniş Böyükşor-Pirşağı avtomobil yolunun istifadəsi ilə əlaqədardır: "Həftədə üç dəfə bu istiqamətdə taksi sifariş edirəm. Əvvəllər bu məsafəyə görə 8 AZN ödənilirdi, amma indi əlavə 2 manat alınır, yəni ümumilikdə 10 manat ödəyirik. Bu, Böyükşor-Pirşağı yolunun istifadəsidir. Əvvəllər sürücülərdən bu yoldan istifadə etməmələrini xahiş edirdik, amma artıq bunu da nəzərə almırlar."

Problemlə bağlı "Bolt" şirkəti ilə əlaqə saxlandıqda, PR meneceri Nigar Kazımova məsələni araşdırdıqlarını və yaxın zamanda həll ediləcəyini bildirdi. Kazımova, qeyd olunan sifarişin qiymətinin düzgün hesablandığını, lakin proqram təminatındakı nasazlıq səbəbindən qiymət bölgüsünün sistemdə səhv göstərildiyini açıqladı. O, bu məsələ ilə bağlı baş ofisə müraciət edildiyini və problemin tezliklə aradan qaldırılacağına dair məlumat verdi.

  • Taksi
  • Taksi
  • Taksi
  • Taksi
Seçilən
107
day.az

1Mənbələr