AZ

Mehdiabadda zəncirvari qəza: Piyadaya yol verən avtomobil vuruldu VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün öncə günorta saatlarında 28 May küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın, 90-OC-465 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə o isə öz növbəsində “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb  ara məsafəsinin düzgün təyin edilməməsi olub. Nəticədə qayda pozan avtomobillər yolu keçən piyadaya yol verən maşınla toqquşublar. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, xəsarət alan olmayıb. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
avtosfer.az

1Mənbələr