AZ

Sahibə Qafarova ICAPP Daimi Komitəsinin sədri ilə Asiya siyasi əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 16-da AsiyaSiyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) DaimiKomitəsinin sədri Çunq Eu-yonqun başçılıq etdiyi nümayəndə heyətiilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilən məlumata görə, AzərbaycanınAsiya ölkələri ilə siyasi əlaqələrin inkişafına xüsusi önəmverdiyini deyən spiker Sahibə Qafarova, ICAPP-ın regiondaçoxtərəfliliyin, həmrəyliyin mühüm mexanizmi kimi çıxış etdiyini,Asiyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühümplatforma olduğunu bildirib.

Söhbət zamanı Ulu öndər Heydər Əliyevin qurucusu, Prezidentİlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizinhakim partiyası kimi rolu, fəal beynəlxalq əlaqələri haqqındaməlumat verilib. YAP-ın Asiya Siyasi Partiyalarının BeynəlxalqKonfransında fəal və uğurla təmsil olunmasından məmnunluq ifadəolunaraq, tərəflər arasında əməkdaşlıq çərçivəsində həyatakeçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib. O cümlədən, YAP-ıntəşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi PartiyalarınınBeynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının (ACC)“Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamındamədəniyyətin rolu” mövzusunda 4-cü iclası kimi beynəlxalqtədbirlərin müxtəlif ölkələrin siyasi partiyaları və mədəniqurumları arasında dialoqun gücləndirilməsinə, qarşılıqlıanlaşmanın dərinləşdirilməsinə və ortaq dəyərlər əsasındaəməkdaşlığın inkişafına mühüm töhfə verir.

ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq təmsil etdiyitəşkilatın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyibvə ölkəmizin hakim partiyası ilə mövcud əlaqələrin inkişafını qeydedib.

Söhbətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan vəhazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi QoşulmamaHərəkatının Parlament Şəbəkəsi ilə ICAPP arasında əməkdaşlığıngələcək inkişaf perspektivləri, Asiya regionunda parlamentlərarasıəlaqələrin genişləndirilməsi və qarşılıqlı anlayışındərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
94
29
az.trend.az

10Mənbələr