ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat – Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş Ramiz Vəliyevin haqqındakı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizimyol.info xəbər verir ki, oktyabrın 16-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyilə onun haqqında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə Ramiz Vəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq, 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.
8 dekabr 2024-cü ildə DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunmuş sabiq diplomata qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmə də onu bu ittiham üzrə təqsirli hesab edib.
R.Vəliyev səfirlikdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə səlahiyyətlərindən sui-istifadə etməkdə, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.
Aytən, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.