AZ

Baş nazirin müavini ICAPP nümayəndə heyəti ilə Asiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovoktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının(ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-əverilən məlumata görə, görüşdə S.Şərifov Azərbaycan Prezidentiİlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xaricisiyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyinibildirib. Bu kontekstdə, ölkəmizin Asiya və Okeaniya regionundayerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçünyardım proqramlarını həyata keçirdiyini bildirib.

2009-cu ildən ICAPP-ın Daimi Komitəsinin üzvü olan YeniAzərbaycan Partiyasının təşkilatın fəaliyyətinə verdiyi töhfələrbarədə söhbət açan Baş nazirin müavini, ötən müddət ərzində YAP-ınİCAPP-ın bir sıra yüksək səviyyəli tədbirinə, o cümlədən 7-ci BaşAssambleyasına uğurla ev sahibliyi etdiyini deyib.

Bu baxımdan sabah Bakıda keçiriləcək “Milli müxtəliflikdənqlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu”mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasınınəhəmiyyətinə toxunulub.

Azərbaycanın ICAPP təşəbbüslərində fəal iştirak vasitəsiləAsiyada siyasi dialoqun gücləndirilməsinə, sülhün, sabitliyin vədayanıqlı inkişafın təşviqinə töhfə verdiyi vurğulanıb.

S.Şərifov həmçinin ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxınişğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi, özərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda işğaldanazad olunmuş ərazilərdə aparılan böyük quruculuq və bərpa işləribarədə ətraflı məlumat verib.

Bu xüsusda, Azərbaycanın Ermənistanın işğalı nəticəsində böyükmaliyyə vəsaiti tələb edən fəsadlarla mübarizə apardığı bildirilib.Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 150​​milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Buna baxmayaraq, o, məhz Azərbaycanın sülhsevər ölkə olaraqErmənistana sülh sazişinin imzalanmasını təklif etdiyinivurğulayaraq, iki ölkə arasında cari ilin 8 avqust tarixindəVaşinqtonda sülhün bərqərar olunmasına dair tarixi razılaşmaya nailolunduğunu qeyd edib.

Məqalədə:
Seçilən
70
19
az.trend.az

10Mənbələr