Azərbaycan I Liqasında 5-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 oyun keçirilib.
İlk 4 turda qələbəyə həsrət qalan MOİK tilsimi "Cəbrayıl" ilə oyunda qırıb. İlham Yadullayevin baş məşqçisi olduğu komanda bölgə təmsilçisini böyük hesabla yenib.
Matçın geniş icmalını təqdim edirik.