AZ

“El Klasiko”da iştirak edəcək

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın braziliyalı hücumçusu Rafinya zədəsini sağaldaraq oktyabrın 26-da baş tutacaq “Real Madrid”lə oyunda meydana qayıdacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu sentyabrın sonlarından etibarən bud əzələsindəki zədəyə görə oynaya bilmirdi. Klub rəhbərliyi Rafinyanın tam bərpa prosesini tamamlaması üçün onun oktyabrın 21-də keçiriləcək Çempionlar Liqasının “Olimpiakos”la oyununda iştirak etməməsi qərarına gəlib.

Qeyd edək ki, 28 yaşlı futbolçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
1
qafqazinfo.az

2Mənbələr