AZ

“Kayrat” klubunun 19 yaşlı yetirməsi oyun zamanı ölüb

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Qazaxıstanın “Xan-Tenqri” futbol klubunun on doqquz yaşlı hücumçusu Dias Tuleu Birinci Liqa matçı zamanı dünyasını dəyişib.

İnsident “Xan-Tenqri” – “Ekibastuz” oyunu zamanı baş verib.

Hücumçu ayağını ovxalamaq üçün meydançada uzanıb, lakin iki dəqiqədən sonra xərəkdə aparılıb.

Matçdan sonra Qazaxıstan Futbol Federasiyası futbolçunun ölüm xəbərini yayıb. Ölümün səbəbi açıqlanmayıb.

Dias Tuleu Almatının “Kayrat” klubunun yetirməsidir. Bu mövsüm o, “Xan-Tenqri”də çıxış edib, 25 matçda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
1
icma.az

2Mənbələr