AZ

Uşakov: Putinlə Tramp arasında səmimi və faydalı söhbət olub

Ajans.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıb. Uşakov jurnalistlərə deyib: "Telefon danışığı uzun idi, təxminən iki saat yarım davam etdi. Bu, çox məlumatlı və eyni zamanda son dərəcə səmimi və məxfi idi". Onun sözlərinə görə, liderlər geniş spektrli məsələləri müzakirə ediblər və əlaqələri davam etdirmək barədə razılığa gəliblər. "Ümumilikdə deyərdim ki, Rusiya və ABŞ prezidentləri arasında telefon əlaqəsi çox faydalı oldu və iki lider əlaqə saxlamağa razı oldular", - deyə prezidentin köməkçisi qeyd edib.

Uşakov əlavə edib ki, Putin və Tramp şəxsi görüşün mümkünlüyünü müzakirə ediblər: "Bu, həqiqətən də, çox vacib məqamdır. Razılığa gəlindi ki, iki ölkənin nümayəndələri dərhal, məsələn, Budapeştdə keçirilə biləcək sammitə hazırlaşacaqlar".

Seçilən
29
2
Ajans.az

3Mənbələr