Beynəlxalq Avtomobil Federasiyası (FİA) 17-19 oktyabr tarixlərində Ostində keçiriləcək ABŞ Qran-Prisi üçün pilotları və komandaları ekstremal yüksək temperaturlarla bağlı xəbərdarlıq edib.
90deqiqe.Az Beynəlxalq Avtomobil Federasiyasının (FİA) açıqlamasında deyilir:
“İdman reqlamentinin 26.19-cu maddəsinə əsasən, rəsmi meteoroloji xidmətin proqnozuna görə, sprint və ya yarış zamanı temperatur indeksi 31°C-dən yuxarı olarsa, yarışda istilik təhlükəsi elan edilir”.
xəbərdarlıqdan sonra pilotlar və komandalar ya 2023-cü il Sinqapur Qran-Prisindən sonra tətbiq olunan xüsusi soyuducu jiletdən istifadə etməli, ya da 0,5 kq ağırlığında balast quraşdırmalıdırlar. Qeyd edək ki, Sinqapur yarışında bir çox pilot istilik səbəbindən tibbi yardıma ehtiyac duymuşdu.