AZ

44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin oktyabrın 17-sinə xronikasını təqdim edir.

- Prezident İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyev xalqamüraciətində Füzuli şəhəri və rayonun bir neçə kəndininişğalçılardan azad edildiyini açıqlayıb.

- Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram"səhifəsində Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşımlar edib.

- Ermənistanın silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərləriniraket atəşinə tutublar. Gəncədə ölənlərin sayı artıb,52 nəfər isə yaralanıb. Ermənilərin Gəncəni raket atəşinə tutmasınəticəsində 20 ev tam dağılıb.

- Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyənail olub. Düşmənin mühəndis istehkam rəisipolkovnik məhv edilib.

- Düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və Su-25 təyyarəsi məhv edilib. Ermənistan ordusunda parçalanma başlayıb:"Könüllülər" özbaşına mövqeləri tərk ediblər.

- Prezident İlham Əliyev tərəfindən Hikmət Mirzəyevəgeneral-leytenant ali hərbi rütbəsi verilib.

- Düşmənə məxsus növbəti zirehli texnika, "Tor-M2KM" zenit-raket kompleksləri, BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, "S-125" zenit raket kompleksi məhv edilib.

Məqalədə:
Seçilən
45
az.trend.az

1Mənbələr