AZ

Qazaxıstanda gənc futbolçu oyun zamanı öldü

Qazaxıstanın "Kayrat" klubunun 19 yaşlı yetirməsi Dias Toleu oyun zamanı ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu Qazaxıstan I Liqasının "Xan-Tenqri" - "Ekibastuz" qarşılaşmasının 65-ci dəqiqəsində meydanda yıxılıb. O, xərəkdə meydandan kənarlaşdırılıb, lakin tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, 2006-cı ildə Almatıda anadan olan Dias Toleu "Kayrat" akademiyasının yetirməsi olub və 2024-cü ildə "Xan-Tenqri" klubuna keçib.

Seçilən
47
8
unikal.az

10Mənbələr