BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp yaxın iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə görüşəcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Mən deyərdim ki, görüş iki həftə ərzində və ya ona yaxın bir müddətdə, kifayət qədər tez baş tutacaq”, – ABŞ lideri vurğulayıb.