AZ

Qvadalaxara Qran-Pri turnirində Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub

Bakı. Trend:

Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turnirininpüşkatma mərasimi keçirilib.

Trend xəbər verirki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilkrəqibləri müəyyənləşib.

Yarışda ölkəmiz 7 çəki dərəcəsində 11 idmançı ilə təmsilolunacaq. Turnirdə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın)iştirak edəcək.

Qvadalaxara Qran-Prisinin təsnifat mərhələsinin görüşləri bu günBakı vaxtı ilə saat 23:00-dan, final bloku isə sabah 04:00-danetibarən başlayacaq.

-60 kq, 1/8 final
Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)
Balabəy Ağayev – Maksim Merlin (Fransa)

-66 kq, 1/16 final
Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)

-66 kq, 1/8 final
Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan(Böyük Britaniya) cütünün qalibi

-73 kq, 1/8 final
Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)
Rəşid Məmmədəliyev – Ulises Mendez (Meksika)

-81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Xorxe Perez (Çili)

-81 kq, 1/8 final
Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / HilbertoKardoso (Meksika) cütünün qalibi ilə

-90 kq, 1/8 final
Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)

-100 kq, 1/8 final
Zelim Kotsoyev – İosif Simin (İsrail)

+100 kq, 1/8 final
Uşanqi Kokauri – Marven Qado (Monako)

Seçilən
37
8
az.trend.az

10Mənbələr