Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib.
Publika.az xəbər verir ki, bu abrədə Strana.ua nəşri məlumat yayıb.
Bildirilib ki, o, burada amerikalı həmkarı Donald Trampla danışıqlar aparacaq. Dövlət başçılarının görüşü 17 oktyabr tarixində baş tutacaq.
"Bloomberg" agentliyinin yazdığına görə, Zelenski ABŞ Prezidentinə yeni silah tədarükü əldə etmək məqsədilə bir sıra vədlərdən ibarət siyahı hazırlayıb. Gözlənilir ki, Kiyev ABŞ-a silah və enerji resurslarının tədarükü müqabilində Ukrayna pilotsuz texnologiyalarını təklif edəcək.
Bu görüşdən əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.