AZ

Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 17-də Birinci vitse-prezident MehribanƏliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistanın Gəncədətörətdiyi terrorla bağlı paylaşım edib.

Trend-inməlumatına görə, paylaşımda deyilir:

"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heçbir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecəvaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbətidəfə əmr verəsən?

Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistanhakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalətetmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında totalacizliyinin təzahürüdür.

Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığaqarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısınaçevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarınadərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezlikləsağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!Qarabağ Azərbaycandır!"

Zəfər
Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr