GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın “Tomaqavk” raket təchizatı ilə bağlı mövqeyini dəyişməsindən narahatdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Cümə axşamı Tramp həm uzun mənzilli “Tomaqavk” raketlərinin göndərilməsinin mümkünlüyü, həm də Senatın Rusiyaya qarşı daha sərt sanksiyalarda israrlı olması barədə birmənalı danışmayıb”, – deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Vol Strit Jurnal” qəzeti Trampın Rusiya Prezidenti Vladimir Putinlə söhbətindən sonra Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri tədarükü planlarından imtina etdiyini yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.