AZ

Tramp: “Mən Putinin əsrlər boyu gözlədiyi sülhü gətirdim”

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün real imkanların yarandığını bildirib.

Tramp bəyan edib ki, o və Putin Ukrayna ilə Rusiya arasındakı “şərəfsiz müharibəni” dayandırmaq üçün Budapeştdə görüşməyi planlaşdırırlar.

“Putin və mən bu müharibəni bitirə biləcəyimizi müzakirə etdik. Mən Putinin əsrlər boyu arzuladığı sülhü gətirdim”, – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, Rusiya prezidenti onu və ABŞ-ı Yaxın Şərqdə sülhə nail olunması münasibətilə təbrik edib və bunu “böyük nailiyyət” adlandırıb.

Ağ Evdən üçtərəfli sammitə ehtiyatlı yanaşma

Ağ Evdən verilən açıqlamada Trampın təşəbbüsü ilə Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüşün istisna edilmədiyi bildirilib. Lakin rəsmi Vaşinqton hazırda Vladimir Putinin bu formatda – yəni Tramp və Zelenski ilə birgə üçtərəfli sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı suallara cavab verməkdən yayınıb.

Qeyd edək ki, Donald Tramp 2024-cü il prezident seçkilərində iştirak etdikdən sonra yenidən beynəlxalq danışıqlarda fəal rol almağa çalışır. Onun son açıqlamaları həm ABŞ, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Seçilən
76
50
veteninfo.az

10Mənbələr