AZ

Qərb: Putinin Trampla görüşü Avropa İttifaqı üçün ciddi zərbə olacaq

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcəyi gözlənilən görüş Avropa İttifaqı (Aİ) üçün “ağrılı zərbə” kimi qiymətləndirilir.

Editor.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, iclasa ev sahibliyi edəcək Macarıstanın baş naziri Viktor Orban həm öz siyasi nüfuzunu gücləndirəcək, həm də Aİ-nin onun mövqelərini zəiflətmək cəhdlərini xeyli çətinləşdirəcək.

Məqalədə qeyd olunur ki, görüş, həmçinin Orbanın müxalifətdəki “Tisza” Partiyasının lideri Péter Magyar tərəfindən hakimiyyətdən uzaqlaşdırılacağına ümid edən Aİ dairələri üçün “çevriliş” effekti yaradacaq.

Xatırladaq ki, oktyabrın 16-da Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub. Rusiya lideri Qəzzada atəşkəs əldə olunması münasibətilə ABŞ prezidentini təbrik edib, həmçinin Melaniya Trampa rus və ukraynalı uşaqların vətənlərinə qaytarılması səylərinə görə təşəkkürünü bildirib.

Tərəflər, həmçinin Ukrayna münaqişəsinin başa çatmasından sonra Rusiya-ABŞ ticarət əlaqələrinin gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr