Xaçmaz rayonunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və Dövlət Suverenliyi: Hüquqi Aspektlər və Çağırışlar” mövzusunda işgüzar konfrans başlayıb
"İki sahil"in Şimal bürosu bildirir ki, həmçinin, Xaçmaz rayon prokurorluğunda “Açıq qapı” günü və “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar təşkil olunacaq.
Konfransda Sumqayıt şəhər, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Xaçmaz və Xızı rayon, eləcə də Sumqayıt hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, həmin region üzrə fəaliyyət göstərən media nümayəndələri, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.
Tədbir müxtəlif mövzular üzrə çıxışlarla davam edəcək, səmərəli müzakirələr aparılacaq və yeni yanaşmaların, eləcə də həlli yollarının müəyyənləşdirilməsinə imkan yaradılacaq.
Aydın Adıgözəlov,
Xaçmaz, "İki sahil"in Şimal bürosundan