Yazını böyüt
Yazını kiçilt
Rusiyada Moskva ətrafındakı hərbi hissədə həqiqi hərbi xidmət göstərən əsgər xidmət yoldaşlarına atəş açıb.
Hafta.az xəbər verir ki, bu barədə iz.ru mənbəyə istinadən məlumat yayıb. Hadisə Naro-Fominsk rayonu ərazisindəki hərbi hissədə baş verib. Qeyd olunur ki, atışma nəticəsində hərbi hissədə iki nəfər həlak olub.
Mənbənin verdiyi məlumata əsasən, atışma nəticəsində beş nəfər xəsarət alıb. Əsgərlərdən biri ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralılardan biri anasına zəng edərək baş verənlər barədə məlumat verib. Bundan sonra qadın hərbi hissəyə tibb işçilərini və polisləri çağırıb.