ABŞ-nin Ukraynaya uzaqmənzilli “Tomaqavk” tipli qanadlı raketlər göndərməyə hazırlaşdığına dair yayılan məlumatlar beynəlxalq aləmdə ciddi narahatlıq doğurub.
Missiya.Az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Jurnalı (NSJ) və Müharibə Araşdırmaları İnstitutu (ISW) analitik mərkəzlərinin hesabatlarında qeyd olunub.
İddialara əsasən, sözügedən raketlərin hədəf ala biləcəyi ərazilər arasında Rusiyanın qərbində yerləşən 1 945 hərbi obyektin olduğu bildirilir. Vaşinqtonda yayılan məlumata görə, ABŞ Prezidenti Donald Tramp və Konqres “Tomahawk” raketlərinin Ukraynaya ötürülməsi ilə bağlı ilkin razılıq əldə edib.
Məsələ ilə bağlı Kremlə yaxın mənbələr EurAsia Daily və RBC-yə bildiriblər ki, Moskva bu silahların çatdırılmasını “qırmızı xətt” kimi qiymətləndirir və belə bir addımın atılması Rusiya ilə ABŞ arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.
Xatırladaq ki, ABŞ və NATO-nun Ukraynaya silah tədarükü ilə bağlı son addımları Rusiyanın ciddi etirazına səbəb olub və tərəflər arasında gərginliyin daha da artmasına gətirib çıxarıb.
Seyranə QuliyevaMissiya.Az