Kişinyov hava limanında partlayıcı maddə şübhəsi: sərnişinlər təxliyə edildi
Moldova sərhədçiləri Kişinyov beynəlxalq hava limanında partlayıcı maddə ola biləcəyi ehtimal edilən baqaj aşkar ediblər. Bu barədə RİA Novosti-yə mənbə məlumat verib.
Hadisə yerində sapyorlar və digər mütəxəssislər işləyirlər. Hava limanının ərazisi mühasirəyə alınıb, sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə olunublar. Hazırda əraziyə baxış keçirilir.