ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Qarabağ"ın UEFA Çempionlar Liqasında "Atletik Bilbao" ilə səfər matçını yayımlanayacaq kanal bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə İctimai TV (İTV) televiziya məlumat yayıb
Bildirilib ki, "Atletik" Bilbao - "Qarabağ" qarşılaşması oktyabrın 22-si saat 20:45-də İctimai Televiziyanın efirində canlı yayımlanacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Benfika"ya səfərdə qalib gəlib (2:3). UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda isə "Kopenhagen" üzərində 2:0 hesablı qələbə qazanıb. Bu nəticələrdən sonra komanda 6 xalla 6-cı sırada qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.