AZ

Yasamaldan silahlı insident törədənlər saxlanılıb

Bakı. Trend:

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlıiki nəfər saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN)bildirilib.

Qeyd olunub ki, oktyabrın 16-da Yasamal rayonu ərazisindəəvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşiki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət almasıbarədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarıştədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlıElgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həminşəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron vənarkotik vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayətişi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
30
37
az.trend.az

10Mənbələr