Bakı. Trend:
Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə BeynəlxalqTəşkilat haqqında Konvensiyaya qoşulacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.
“Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilathaqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi səsəqoyularaq bir oxunuşda təsdiqlənib.
Bildirilib ki, “Dəniz Naviqasiya Avadanlıqları üzrə BeynəlxalqTəşkilat haqqında Konvensiya” 27 yanvar 2021-ci il tarixində Parisşəhərində imzalanıb.
Sənəd preambula, 22 maddə və keçid müddəalardan ibarətdir.
Konvensiyada Dəniz Naviqasiya Avadanlıqları üzrə BeynəlxalqTəşkilatın təsis edilməsi, məqsəd və hədəfləri, funksiyaları,orqanları və s. barədə ətraflı məlumat verilib.
Bu qurum hökumətlərarası təşkilat kimi təsis edilib, məsləhətçivə texniki xarakter daşımaqdadır.
Ümumiyyətlə, Dəniz Naviqasiya Avadanlığı dedikdə ayrı-ayrıgəmilərin naviqasiyasının, dəniz gəmiçiliyinin təhlükəsizliyini vəsəmərəliliyini artırmaq üçün layihələndirilən və istifadə ediləngəminin xaricində olan cihaz, sistem və ya xidmət başa düşülür.
Təşkilatın məqsədi bu sahədə müvafiq hədəflərə çatmaq üçün dəniznaviqasiya avadanlığının tənzimlənməsi, təchiz edilməsi, texnikibaxımı və ya istismarı ilə məşğul olan hökumətlərin vətəşkilatların səylərini birləşdirməkdən ibarətdir. Buna müvafiqolaraq təşkilatın özünəməxsus funksiyaları var (məcburi olmayanstandart, tövsiyə, təlimat, göstəriş və digər sənədləri hazırlayırvə yayır, müvafiq məsələlərə dair məsləhətləşmə və məlumatmübadiləsi mexanizmlərini təmin edir, konfrans, simpozium, seminarvə digər tədbirlərin təşkilini həyata keçirir və s.).
Təşkilatın dörd orqanı vardır Baş Assambleya, Şura, Təşkilatınfəaliyyətini dəstəkləmək üçün zəruri komitə və köməkçi orqanlar,Katiblik.Təşkilatın Prezidenti və Vitse-prezidenti kimi vəzifələrivar. Baş Assambleya və Şuranın iclaslarına qurumun Prezidenti, oolmadıqda isə Vitse-prezidenti sədrlik edir. Baş AssambleyaTəşkilatın əsas qərarverici orqanıdır və quruma aid bütünsəlahiyyətlərə malikdir. Baş Assambleyanın müntəzəm iclasları üçildən bir keçirilir.
Şura Təşkilatın icraedici orqanıdır və qurumun fəaliyyətinərəhbərlik etməyə məsuldur. Şura ildə bir dəfədən az olmayaraqtoplanır.
Komitə və köməkçi orqanlar Təşkilatın məqsədlərinin vəhədəflərinin yerinə yetirilməsinə dəstək olmalıdır. Katibliyitəmsil edən Baş katib isə Baş Assambleya və ya Şuranıngöstərişlərini nəzərə almaqla Təşkilatın gündəlik fəaliyyətinintəşkili, dövlətlər və beynəlxalq təşkilatlarla müqavilələrinbağlanılması üçün cavabdehdir.
Təşkilatın rəsmi dilləri ərəb, çin, ingilis, fransız, rus vəispan dilləridir.
Üzv dövlətlərdən hər hansı biri Baş katibə yazılı şəkildəmüraciət etməklə Konvensiyaya düzəlişlər təklif edə bilər,həmçinin, nəzərdə tutulan çıxma tarixindən ən azı on iki ayəvvəldən müvafiq bildiriş göndərməklə Konvensiyadan çıxa bilər.
Bu Konvensiya səsvermənin keçiriləcəyinə dair ən azı altı ayəvvəldən bildiriş təqdim olunduqdan sonra Baş Assambleyanıniclasında səsvermə yolu ilə ləğv edilə bilər.