AZ

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulmaq barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

“Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya” 2021-ci il yanvarın 27-də Paris şəhərində imzalanıb.

Seçilən
92
1
apa.az

2Mənbələr