AZ

WSJ: Tramp “Tomaqavk” raketlərini Ukraynaya ötürməyi planlaşdırmır

ain.az bildirir, Ayna portalına istinadən.

ABŞ Prezidenti rusiyalı həmkarı ilə danışıqlardan sonra raketlərin tədarükü planlarından imtina edib

“The Wall Street Journal” yazıb ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətindən sonra ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri tədarükü planlarından imtina edib.

"Cümə axşamı günortadan sonra jurnalistlərə danışan Prezident açıq şəkildə bildirib ki, onun Ukraynaya "Tomaqavk" qanadlı raketləri tədarük etmək planı yoxdur", - nəşr qeyd edib.

Bununla belə, WSJ mənbələrə istinadən bildirir ki, son günlər Tramp açıq və özəl şəkildə bu raketləri tədarük etməyə meylli olduğunu söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
ayna.az

1Mənbələr