sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Səbail" ilə oyunda ən azı bir xal qazanmalı idik. Sadə vəziyyətdən qol buraxdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın futbolçusu İlkin Qırtımov deyib.Təcrübəli müdafiəçi komandasının 5-ci turda lider "Səbail"ə məğlubiyyətini şərh edib:"Hazırkı liderlə qarşılaşmada yaxşı mübarizə apardıq. Hakimlər haqda çox danışmaq istəmirəm. Komandaların adına və turnir vəziyyətinə görə fərq qoyulmamalıdır, üstünlük verilməməlidir. Liderlə 6 xal fərqimiz var. Bu elə də böyük fərq deyil. Çempionat uzun marafondu, qarşıda bizi çox oyun gözləyir. Dediyim kimi, turdan-tura daha yaxşı olacağıq. Bunun üçün kifayət qədər gücümüz və potensialımız. Hər oyuna qələbə üçün çıxacağıq".Qeyd edək ki, "Səbail" "Zaqatala" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.