AZ

Tənzilə Rüstəmxanlı ilə Siyavuş Novruzov arasında mübahisə oldu

Milli Məclisdə deputat Tənzilə Rüstəmxanlı ilə Siyavuş Novruzov arasında mübahisə olub.

Teleqraf xəbər verir ki, T.Rüstəmxanlı çıxışında Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını deyib.

Deputat Siyavuş Novruzov isə həmkarının fikrində yanlışlıq olduğunu söyləyib.

O bildirib ki, dövlət müstəqilliyinin bərpasının lehinə 350 deputatdan 271-i səs verib: “Tarixi saxtalaşdırmayaq”.

T.Rüstəmxanlı təkrar söz alaraq deyib: “Siyavuş Novruzov mənə saxtakar deyir, çox istərdim 10 il bundan qabaq Ramiz Mehdiyev haqqında bir söz deyib tarix yazaydı”.

Seçilən
70
teleqraf.com

1Mənbələr