Ermənistanda İcevan rayonun keçmiş meri və oğlu saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İcevanın sabiq meri Varujan Nersisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi ilə bağlı saxlanılıb. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Sabiq bələdiyyə sədrinin oğlu da saxlanılıb.