Moskva vilayətinin Naro-Fominski rayonundakı hərbi hissədə çağırışçı əsgər öz əsgər yoldaşlarına atəş açıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində azı 3 nəfər yaralanıb, onlardan ikisini xilas etmək mümkün olmayıb. Daha bir əsgər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hücumçunun mümkün motivləri açıqlanmır.