AZ

Paytaxtda amputant futbol: Açılış mərasimi keçirildi

Bakıda amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, mərasim "Bayıl Arena"da baş tutub.

Tədbirdə AFFA rəsmiləri, C qrupunda mübarizə aparacaq ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər. pizza mizza

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Rəsmi çıxışlardan sonra isə tədbir bədii hissə ilə davam edib.

C qrupunun oyunlarına bu gün start veriləcək. Üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Qrupun bütün oyunları "Bayıl Arena"da keçiriləcək. Turnirin açılış matçında Azərbaycan millisi Belçika ilə üz-üzə gələcək.


Telegram kanalımız
Seçilən
48
1
yenisabah.az

2Mənbələr