"Qarabağ" gələn həftə Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin bu dəfəki rəqibi Bilbao "Atletik"i olacaq.

Görüşü İctimai TV canlı yayımlayacaq. Bu barədə kanal rəsmi sosial media hesablarından məlumat yayıb.

Oyun oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ"ın ÇL-dakı ev görüşləri "CBC Sport"da, səfər oyunları isə İctimai TV-də göstəriləcək.