BAKI, 17 oktyabr. TELEQRAF
Qazaxıstanın keçmiş prezidentinin müşaviri və mətbuat katibi Aydos Ukibay qazax xalqına və mediaya müraciət edib.
Teleqraf xəbər verir ki, o, son vaxtlar bəzi KİV-lər və sosial şəbəkələrdə Sara Alpısovna Nazarbayevanın səhhəti və harada olması ilə bağlı müxtəlif fərziyyələr və yalan məlumatların yayıldığını bildirib.
“Bununla əlaqədar olaraq, aydınlaşdırmağı zəruri hesab edirəm: Sara Nazarbayeva aprel ayından Almatıdakı Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinin Milli Xəstəxanasında müalicə alır. Bütün tibbi prosedurlar təsdiq edilmiş tibbi xidmət standartlarına uyğun və yerli mütəxəssislərin nəzarəti altında aparılır”, - Aydos Ukibay deyib.
Keçmiş müşavir media nümayəndələri və sosial şəbəkə istifadəçilərini nəzakətli olmalarını, Sara Alpısovnanın adından spekulyasiyanı qızışdırmaq və ya yoxlanılmamış məlumatlara diqqət çəkmək üçün istifadə etməməyi xahiş edib.
Qeyd edək ki, Sara Nazarbayeva Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin həyat yoldaşıdır.