ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Fransa Prezidenti Emmanuel Makron Rusiya və ABŞ liderlərinin Budapeştdə gözlənilən görüşə görə qəzəblənəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın sağçı “Patriotlar” partiyasının rəhbəri Florian Filippot deyib.
“Avropa Komissiyasının sədri Ursula fon der Leyen də bu sırada yer alır. Bu proses onlar üçün alçadıcıdır. Təsəvvür edin, Avropa İttifaqı (Aİ) ölkələrindən birində Prezident Donald Tramp və Prezident Vladimir Putin görüşür”, – deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Ardınca onları yaxın həftələrdə Budapeştdə görüşəcəyi ortaya çıxıb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.