AZ

Tahir Budaqov: Müxtəlif ölkələrin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi son dərəcədə önəmlidir

BAKI, 17 oktyabr. TELEQRAF

“Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı bir araya gətirən ICAPP səmərəli dialoqun genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi üçün etibarlı platformadır. Yeni Azərbaycan Partiyası da təşkilatın fəal üzvü qismində qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan konstruktiv işbirliyini dəstəkləməkdədir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakı şəhərində keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasında Yeni Azərbaycan Partiyası Sədrinin müavini , Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O tədbir iştirakçılarısalamlamaqdan məmnunluğumu ifadə edib:

“Müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Qlobal kataklizmlər, çoxsaylı təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi aktual müzakirə predmetinə çevrilmişdir.
Dünyada hərbi-siyasi konfrontasiyaların, humanitar böhranların, dini və etnik müstəvidə bir çoxziddiyyətlərin yaşandığı bir dönəmdə müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesi ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxiləolunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir. Eyni zamanda, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlıq, inteqrasiya, sülh və təhlükəsizliyə xidmət etdiyini əməli fəaliyyəti ilə nümayiş etdirir.
Bu gün zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı və çoxəsrlik dövlətçilik ənənələrinə sahib olan Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Ölkəmizdə multikulturalizmin həm dövlət siyasətinin prioritetlərindən biri, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi davamlı uğurlarını şərtləndirir. Multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərin inteqrasiyası ideyalarının təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması həm ölkə daxilində tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir. Təsadüfi deyil ki, bu gün respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların mühüm rolu var. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”, -çıxışında qeyd edib.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr