Bakı. Trend:
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları BeynəlxalqKonfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasınıniştirakçılarınamüraciət ünvanlayıb.
Trend xəbərverir ki, müraciətdə qeyd olunub:
"Hörmətli tədbir iştirakçıları!
Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) AsiyaMədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yenidünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cüiclasında ürəkdən salamlayıram.
Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamikinkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəliaparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarınıtəmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərinqorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmətvə sivilizasiyalararası anlaşmanın təşviqində böyükroloynayırlar.
ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoqpotensialının üzə çıxarılmasında vacib platformadır. AsiyaMədəniyyət Şurasınınbudəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətinən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamınhumanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.
Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu,mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitindəformalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli vəçoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərinvə etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad vəsülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır.Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasıAzərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkibhissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birinitəşkil edir.
Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlifmədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir,sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıratəşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyietdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətvasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləridəstəkləyən mühüm platformaya çevrilmişdir.
Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsiniyaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlarvə sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlarqarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları vəcəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosialinteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milliənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışaaçıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyinkollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə,mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.
Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalqtədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensusmərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi iləmübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalqsülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyinqorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortayaqoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektivöhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.
Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyadavə onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinindaha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yenitəkan verəcəkdir.
İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaqqərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətəhəmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimizarasında dostluq və əməkdaşlıq əlaqələrini daha damöhkəmləndirəcəkdir.
Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlararzulayıram".