AZ

Müstəqilliyimizin bərpa olunması mühüm tarixi hadisə idi- ÖZƏL

"1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində, müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisə baş verdi". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib: " Ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirir və bu siyasət bu gün də uğurla davam etdirilir. Müstəqilliyimizin qorunmasında xalqımızın birliyi, dövlətimizin gücü və Prezident İlham Əliyevin müdrik siyasəti mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
81
olaylar.az

1Mənbələr