“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş yaxın iki həftə ərzində Budapeştdə baş tuta bilər”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Həqiqətən, bu, iki həftə ərzində və ya bir az sonra baş verə bilər", - deyə siyasətçi vurğulayıb.
Peskov qeyd edib ki, hər iki tərəf görüşün Ukrayna nizamlanması üçün əhəmiyyətini anlayır və onu uzun müddətə təxirə salmaq istəmir.
Daşqın HəsənovMissiya.Az