AZ

Deputat nigahdankənar doğulan uşaqlardan danışıb

Son 5 ildə 83 min nikahdan kənar uşaq doğulub ki, bu da ölkədə ailə institutunun möhkəmlənməsi üçün ciddi çağırışlar yaradır. Bunu deputat Fazil Mustafa deyib. 

“Bu, ailə institutu üçün problemdir. Sual olunur: necə edək ki, ailə institutunu qoruya bilək?. Bu barədə düşünmək lazımdır", – Fazil Mustafa qeyd edib.

Rəsmi statistikaya əsasən, Azərbaycanda nikahdan kənar doğumların sayında son illərdə artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018–2023-cü illər ərzində qeydiyyata alınan doğumların 15%-ə qədəri nikahdan kənar olub.

Gülnar Nazimqızı 

Seçilən
30
1
anews.az

10Mənbələr