AZ

“Tramp və Putin arasında görüş bu tarixdə baş tuta bilər” – Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Budapeştdə keçiriləcək sammitin iki həftə ərzində və ya bir qədər sonra baş tuta biləcəyini bildirib.

O, bu barədə mətbuat brifinqində məlumat verib.

“Görüş, doğrudan da, iki həftə ərzində və ya bir qədər sonra baş tuta bilər… Ümumi anlayış belədir ki, bu məsələni uzun müddətə təxirə salmaq lazım deyil”, – deyə Peskov vurğulayıb.

Peskovun sözlərinə görə, ABŞ-Rusiya sammitinin Budapeştdə keçirilməsi qərarı hər iki tərəfin qarşılıqlı razılığı əsasında qəbul olunub. O, əlavə edib ki, görüşün təşkili mərhələli şəkildə həyata keçiriləcək, çünki həll edilməli çoxsaylı məsələlər var.

“İlk olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio əlaqə saxlayacaqlar. Onlar bütün mövzuları müzakirə etməyə başlayacaqlar, komandalar formalaşdırılacaq. Hər şey mərhələli şəkildə gedəcək,” – deyə Kremlin nümayəndəsi bildirib.

Peskov həmçinin qeyd edib ki, Putinin Macarıstana uçuş marşrutu barədə hələ dəqiq məlumat yoxdur.

Tramp və Putin arasında son telefon danışığına toxunan Peskov, söhbətin detallı məzmununun mətbuata açıqlanmayacağını bildirib. Bununla yanaşı, o qeyd edib ki, Putin Trampa “Tomahawk” raketləri ilə bağlı Rusiyanın mövqeyini çox aydın şəkildə izah edib.

“AzPolitika.info”

Seçilən
12
7times.az

1Mənbələr