Həkimlərin sözlərinə görə, angina — boğazın selikli qişasının iltihabı ilə xarakterizə olunan, əsasən bakterial mənşəli bir xəstəlikdir.
E-saglam.az xəbər verir ki, xalq arasında “boğaz ağrısı” kimi tanınan bu vəziyyət, çox vaxt streptokok infeksiyasının təsiri nəticəsində yaranır.
Angina zamanı xəstədə udqunarkən ağrı, boğazda yanğı və şişkinlik, qızdırma, ümumi halsızlıq və limfa düyünlərinin böyüməsi kimi əlamətlər müşahidə olunur.
Mütəxəssislər bildirir ki, xəstəlik müalicə edilmədikdə, ürək, böyrək və oynaqlarda ciddi fəsadlara səbəb ola bilər. Buna görə də ilk simptomlar görünəndə həkimə müraciət etmək və antibiotiklərlə müalicəni yalnız həkim göstərişi ilə aparmaq vacibdir.
Profilaktika üçün tövsiyə:İmmuniteti gücləndirmək, soyuq içkilərdən uzaq durmaq və şəxsi gigiyenaya əməl etmək anginanın qarşısını almağa kömək edir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az