Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq tək oxunuşda qəbul edilib.
Musavat.com xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” 2025-ci ilin 9 iyulunda Əbu-Dabi şəhərində imzalanıb.
Deputatlar Zaur Şükürov və Səməd Seyidov layihəni dəstəklədikdən sonra səsvermə ilə qəbul olunub.
E.Paşasoy,
Musavat.com