AZ

Suraxanıda avtomobil yandı

BAKI, 17 oktyabr. TELEQRAF

Bakı şəhərinin Suraxanı rayonunda “SEAT” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı minik avtomobilinin sol yan üzlüyü qismən əriyib. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
44
teleqraf.com

1Mənbələr