ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Türkiyənin "Haber Global" telekanalında III Azərbaycan Milli Şəhərsalma Forumu ilə bağlı növbəti reportaj yayımlanıb.
Oxu.Az xəbər verir ki, süjetdə forumun ilk 2 gündə Xankəndidə keçirildiyi, növbəti tədbirin Bakıda baş tutduğu vurğulanıb.
Bildirilib ki, Azərbaycan forumda Qarabağda həyata keçirilən uğurlu bərpa-quruculuq işlərini nümayiş etdirir. Kanalın əməkdaşı Ağdamda görülən işləri də xüsusilə qeyd edib.
"Haber Global"da 64 ölkənin nümayəndələrinin qatıldığı forumun əhəmiyyətindən ətraflı bəhs edilib.
Telekanalın hazırladığı reportajı təqdim edirik:
"Haber Global" Bakıda keçirilən forumla bağlı reportaj yaydı
"Haber Global" Bakıda keçirilən forumla bağlı reportaj yaydı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.