AZ

Putin Budapeştdə saxlanıla bilərmi? -  Peter Siyartodan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin Budapeştə səfəri zamanı ona Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilmiş həbs qərarı tətbiq edilməyəcək.

Musavat.com xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz Vladimir Putini qəbul edəcəyik, uğurlu danışıqları təmin edəcəyik və onun ölkəsinə salamat qayıtmasını təmin edəcəyik”, — deyə  Siyarto açıqlamasında deyib.

Qeyd edək ki, cümə axşamı Tramp Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Macarıstan paytaxtında görüşmək barədə razılığa gəldiklərini bildirib. Lakin görüşün dəqiq tarixi hələ açıqlanmayıb.

Macarıstan Roma Statutunu formal olaraq ratifikasiya etsə də, ölkə hakimiyyəti 2023-cü ildə Ukrayna uşaqlarının deportasiyası ilə bağlı Putinə qarşı verilmiş Məhkəmə qərarını icra etməyəcəklərini bildirib.

Musavat.com

Seçilən
11
3
musavat.com

4Mənbələr